Bazar, 19 May

Axtarış

Fələstin” üzrə 186 nəticə tapıldı

03.11.2023 - 09:22

İsrail ordusu Qəzzanı tam mühasirəyə aldı

“İsrail əsgərləri Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyat zamanı eyniadlı sahil anklavının ən böyük şəhəri Qəzzanı tam mühasirəyə alıblar”. Xəbər verilir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib. O, axşam brifinqində deyib: “İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mühasirəsini tamamlayıb. Qəzza şəhərini tamamilə mühasirəyə alıblar”.


02.11.2023 - 17:44

Qəzzada ölənlərin sayı 9061 nəfərə çatıb

Qəzza zolağında Fələstin-İsrail qarşıdurması nəticəsində həlak olanların sayı 9061 nəfərə çatıb.  Xəbər verilir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyinə istinadən “Əl-Cəzirə” telekanalı yayıb.  Yaralıların sayının isə 32 minə çatdığı bildirilir. Bununla yanaşı, 2060 nəfərin dağıntılar altında itkin düşdüyü açıqlanıb.


02.11.2023 - 15:33

Yaponiyanın XİN başçısı İsrail və Fələstinə səfər edəcək

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava İsrail, Fələstin və İordaniyaya səfər edəcək. Xəbər verilir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xarici işlər naziri xanım Kamikavanın səfəri 2-5 noyabr tarixlərində baş tutacaq.


30.10.2023 - 21:24

İsrail və Fələstin arasında münaqişənin qlobal iqtisadiyyata təsiri açıqlanıb

İsrail və Fələstinin arasında Yaxın Şərqdə hərbi münaqişə kəskinləşərsə, qlobal iqtisadiyyat maliyyə çətinliyi ilə üzləşə bilər.  Xəbər verilir ki, bunu “Allianz” şirkətinin baş iqtisadi müşaviri Mohamed əl-Erian deyib. Onun sözlərinə görə, regionda eskalasiya başlayandan bəri bu cür risklər artıb, münaqişə nə qədər uzun davam etsə, qlobal iqtisadiyyata mənfi təsir bir o qədər çox olacaq. Belə ki, ən pis ssenaridə qlobal ÜDM artı


29.10.2023 - 08:53

“İsrail əsgərləri HƏMAS-ı məhv etmək məqsədi ilə Qəzza zolağına daxil olub” - Netanyahu

İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatını məhv etmək və 7 oktyabrda İsrailə hücum zamanı əsir götürərək anklavda saxladığı girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub. Xəbər verilir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “İsrail vətəndaşları, dünən gecə quru qoşunlarımız Qəzzanın qapılarından keçərək şər yuvasına daxil oldular. Bu, aydın şəkildə


28.10.2023 - 15:56

"Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik" - Ərdoğan

“Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”. Xəbər verilir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışı zamanı bildirib. O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb: “Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tö


26.10.2023 - 14:15

Yaxın Şərqdə dəhşətli müharibə anonsu - İran da hədəfdə

Fələstin-İsrail müharibəsi başlayandan dərhal sonra ekspertlər bildirirdilər ki, bu savaşın coğrafiyası genişlənəcək. Yaxın Şərqdə dəhşətli, böyük bir müharibə olacağı haqda proqnozlar artıq özünü doğrultmaqdadır. Görünən budur ki, qlobal güclər bunun qarşısını almağa yox, körükləməyə həvəslidirlər. Politoloqlar, hərbi ekspertlər bildirir ki, Livan, Suriya ilə yanaşı bu kontekstdə İran da


26.10.2023 - 10:04

"Müharibədə günahsız insanlar ölür" - Bayden

ABŞ prezidenti Co Bayden Avstraliyanın baş naziri Conatan Albanese ilə keçirdiyi mətbuat konfransında İsrailin mühasirəsində olan Qəzzada mülki vətəndaşların itkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Xəbər verilir ki, o, cavabında müharibədə günahsız insanların öldüyünü vurğulayaraq, “Mən heç bir fikrim yoxdur ki, fələstinlilər nə qədər insanın öldürüldüyü barədə həqiqəti


25.10.2023 - 14:15

ABŞ-ın F-16 qırıcıları Yaxın Şərqə gəldi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarından ibarət eskadrilya Fələstin-İsrail münaqişəsi zonasına gəlib. Xəbər verilir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı bildirib. Komandanlığın bəyanatında deyilir: “F-16 Ekspedisiya Qırıcı Eskadrilyası ABŞ-ın mövcudluğunu gücləndirmək üçün mərkəzi komandanlıq ərazisinə gəlib”. Qeyd edək ki, oktyabrın 14-də ABŞ-ın F-15E Strike Eagle qı


25.10.2023 - 13:29

Ərdoğan İsrailə səfərini ləğv etdi 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.  Xəbər verillir ki, bunu onun özü açıqlayıb.  "İsrailə getməklə bağlı planımız var idi. Ləğv etdik, getməyəcəyik", - o qeyd edib.  Xatırladaq ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib. 


24.10.2023 - 13:01

"İran odla oynayır" - İsrail prezidenti

İran Livanda odla oynayır.  Xəbər verilir ki, bunu İsrail prezidenti İsaak Hersoq fransalı həmkarı Emmanuel Makronla görüşündə bildirib. "Biz Livandakı vəziyyəti çox diqqətlə izləyirik və düşünürəm ki, Hizbullah və İran odla oynayır. Mən açıq şəkildə bildirmək istərdim ki, əsas diqqət Fələstinin radikal HƏMAS hərəkatının infrastrukturunun məhv edilməsi və vətəndaşlarının evlərinə qaytarılmasıdır. Lakin Hizbullah


23.10.2023 - 18:12

Türkiyə hakimiyyəti HƏMAS liderini ölkədən qovub? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS lideri və yüksək rütbəli rəsmilərə Türkiyəni dərhal tərk etmələri barədə göstəriş verməsi ilə bağlı iddialar təkzib edilib. Xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Məlumatda “Əsassız iddialara inanmayın” ifadəsi işlədilib. xxx 19:15 Türkiyə hakimiyyəti Fələstin-İsrail mü


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41