Bazar, 19 May

Axtarış

FHN” üzrə 371 nəticə tapıldı

16.08.2021 - 18:21

Azərbaycanlı yanğınsöndürənlərin ilk qrupu Türkiyədən Vətənə qayıdıb

Xəbər verilir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında FHN-in qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan texnika və heyətinin qarşılanma mərasimi olub. Qeyd edək ki, axşam saat 23:00 radələrində heyətin ikinci qrupu Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Quru yolu ilə gələn texnikalar isə bu gün


15.08.2021 - 19:58

Qəbələdə dağlıq ərazidə yanğın başladı

Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumat əsasında dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.


13.08.2021 - 17:52

Qəbələdə dağlıq ərazidəki yanğının söndürülməsinə FHN-in ikinci helikopteri cəlb olunub - VİDEO

Avqustun 11-də Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın qeydə alınıb və dərhal yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. FHN-dəm verilən məlumata görə, dağlıq ərazidəki yanğının söndürülməsinə FHN-in ikinci helikopteri cəlb olunub. Hazırda yanğının


12.08.2021 - 13:34

"Türkiyədə böyük yanğınlar söndürülüb"

"Türkiyədə 15 gün davam böyük miqyaslı meşə yanğınları söndürülüb". Bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb. Nazir Muğlanın Göyçeğiz rayonundakı yanğının da nəzarətə alındığını qeyd edib. B. Pakdemirli bu yanğınların Türkiyə tarixində ən böyük meşə yanğınları olduğunu deyib. Nazir iyulun 28-dən başlayan


10.08.2021 - 19:23

Putin göstəriş verdi, nazir hərəkətə keçdi - Rusiyada yanğınlar

Rusiya Prezidenti Vladimir Putin Yakutiyada davam edən meşə yanğınları ilə bağlı bir sıra göstərişlər verib. Xəbər verilir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb. Məlumata əsasən, Vladimir Putin ölkənin fövqəladə hallar naziri Yevgeniy Ziniçevə Yakutiyada yanğınların söndürülməsi üçün qrupların sayını artırmağı tapşırıb. Bununla yanaşı, region rəhbərliyinə fövqəladə hal nəticəsində zərə


08.08.2021 - 15:53

FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb. Xəbər verilir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Onlar bu gün


08.08.2021 - 09:53

Mingəçevir su anbarında köməksiz qalan 3 nəfər xilas edildi

Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətd ə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub. Xilasetmə məntəqəsindən


07.08.2021 - 20:27

Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirirlər -VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər. FHN-dən Musavat.com-a verilən məlumata görə, nazirliyin Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Marmarisdə Böhranların İdarə edilmə


07.08.2021 - 12:18

Türkiyədə meşə yanğınları davam edir - Son durum

5 əyalətdə 13 yanğın davam edir. Xəbər verilir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli deyib. "Son 11 gündə 47 əyalətdə 209 meşə yanğını nəzarət altına alınıb", - deyə Pakdəmirli bildirib.


07.08.2021 - 10:15

Dənizdə batan iki nəfər xilas edilib

Bu gün batma təhlükəsi ilə qarşılaşan şəxslər xilas edilib. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Nardaran 2" və "Şüvəlan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.


06.08.2021 - 18:40

Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 6-da saat 16 radələrində Gürcüstan-Türkiyə dövlət sərhədinə çatıb. Xəbər verilir ki, Sarp sərhəd-keç


05.08.2021 - 18:00

Ağsuda yanğın yerinə helikopter göndərilib

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir. Verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41