Cümə, 17 May

Axtarış

Eren” üzrə 481 nəticə tapıldı

08.05.2024 - 09:40

Quru sərhədləri ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (COP) noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq


07.05.2024 - 13:20

"Demarkasiyanı dayandırsaq, müharibə başlayacaq" - Paşinyan

"Demarkasiya prosesinin dayandırılması, yəni Ermənistanın təhlükəsizlik zəmanətlərinin formalaşdırılması prosesinin dayandırılması, suverenliyinin yaradılması prosesinin dayandırılması təklif edilir". Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib. "Hörmətli din xadimləri, jurnalistlər, deyək ki, bu gün günortadan etibarən prosesi dayandırırıq, bəs bundan sonra nə olacaq? Bundan


04.05.2024 - 12:04

Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir

"Pensiya yaşı ilə bağlı yanaşmamız ondan ibarətdir ki, differensial yaş mexanizmi tətbiq olunsun. Xanımların daha tez pensiyaya çıxmasını təklif edirik". Bunu açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada iki məqam var: "Birinci xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olmasıdır. Belə ki, xanımların pensiya yaşı 63-də saxlanılsın. Ona görə ki, xanımların xüsusən yaşlı dövrlə


02.05.2024 - 10:25

“Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq” - Paşinyan

“Ermənistan Müdafiə Nazirliyi demarkasiya olunmuş ərazilərdə sərhədləri qorumayacaq”. Xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də öz ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. “Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Ola bilsin ki, biz öz suveren ərazimizi tərk edək, çünki bu ərazidə (Tavuşda – red.) Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunları xidmət edəcək”, – o qeyd edib.


01.05.2024 - 10:26

Ukrayna XİN Bakı-İrəvan razılaşmasını dəstəklədi

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair sazişləri alqışlayıb. Xəbər verilir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sərhədin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında delimitasiyası, ziddiyyətlərin sülh yolu ilə həlli, o


23.04.2024 - 12:26

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir. Xəbər verilir ki, bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində deyib. “İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb. Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb: “Ermənistanın 29 743 kvadrat kilometr ərazisində


10.04.2024 - 14:02

Qərb Zəngəzur dəhlizinə qarşı

Brüsseldəki üçtərəfli görüşdə Paşinyanın alternativ olaraq irəli sürdüyü “Sülh qovşağı” ABŞ və Aİ tərəfindən alqışlandı; ekspertlərin fikrincə, gerçəkləşməsi nonsensdir, çünki...  ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrinin regiona sülh və sabitlik deyil, böyük problemlər, qarşıdurmalar gətirəcəyi haqda proqnozlar gerçəkləşə bilər. “Yeni Mü


10.04.2024 - 12:55

Qərb Cənubi Qafqazda bundan ehtiyatlanır - Zaxarova

Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərdi. Xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, bundan sonra Qərb proseslərə mane oldu: “Qərb regionda sülhün bərqərar olmasından ehtiyanlanır. Ona görə də bölgə ölkələrinə qarşı fəaliyyətə başlayıb. Ermənistana gəlincə, deməliyəm ki, hər bir suveren ölkənin öz yanaşması var. Mə


09.04.2024 - 13:42

İpoteka və Kredit Zəmanət Fondu investorlara 238 milyon manat faiz ödəyib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu onun istiqrazlarının sahibləri olan investorlara 238 milyon manat civarında faiz ödənişləri həyata keçirib. Bunu müsahibəsində Fondun İdarə Heyətinin sədr müavini Ramil Tahirov bildirib. “Fond yaşayış maliyyəsi mexanizminin fasiləsizliyin və inkişafının təmin edilməsi məqsədilə büdcə vəsaitləri ilə yanaşı, maliyyə bazarlarının da imkanlarından istifadə edərək uzunmüddətli


02.04.2024 - 15:58

Niyə Qazax yox, Naxçıvan atəşə tutuldu? - Mühüm

Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması təxribatların başlanğıcı ola bilər. Son bir neçə gündə erməni qoşunlarının sərhədboyu ərazilərdə cəmlənməsi, hücum silahlarını yerləşdirməsi və mühəndislik işlərini sürətləndirməsi müşahidə edilir. Baş verənlər göstərir ki, erməni qoşunların hərəkətə keçməsi 1 aprel-28 iyun tarixində nəzərdə tutulan hə


27.03.2024 - 13:30

Batdığı palçığa təkrar girənlər – Solovyov Azərbaycan düşmənçiliyini gizlədə bilmədi

Məsəl var, deyərlər, “eşşək batdığı palçığa bir də girmir”. Ağlı və dərrakəsi uzunqulaq qədər də olmayan qalmaqallı rusiyalı telejurnalist Vladimir Solovyovun gönü necə qalındırsa, yenidən batdığı yerə girib. Xatirinizdədirsə, bir neçə il öncə, 28 iyun 2022-ci ildə adını çəkməyə belə iyrəndiyimiz bu məxluq Qarabağdakı qondarma və kriminal rejimin qalıqlarının “xarici işlər naziri” David Babayanla müsahibəsinə görə siyasi səhvə yol verdiyini etiraf


27.03.2024 - 09:20

SON DƏQİQƏ! XİN məlumat yaydı 

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb. Xəbər verilir ki, bu, Azərbaycan Xarici İş


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41