Şənbə, 18 May

Axtarış

Bakı” üzrə 5194 nəticə tapıldı

04.07.2022 - 14:30

Bu gün Bakı metrosu yay qrafikinə keçir

Bu gündən etibarən "Bakı Metropoliteni" QSC yay qrafikinə keçir. Bu barədə qurumun Mətbuat Xiddmətindən məlumat verilib. Açıqlamada deyilir ki, tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması ilə Bakı metropolitenində sərnişin axınının azalmasına səbəb olur. Bu səbəbdən Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir. Sonuncu dəfə


04.07.2022 - 13:49

Sabah 36 dərəcə isti olacaq

Azərbaycan ərazisində iyulun 5-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.


04.07.2022 - 12:46

Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş. qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllə


04.07.2022 - 10:22

Baku Bus MMC-nin əməkdaşı ürəyindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Xəbər verilir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdı


04.07.2022 - 09:20

Bakını bəzi yollarında tıxac var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzin məlumatında qeyd edilib: 1. Bakı-Sumqayıt şosesində-Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər; 2. Binəqədi şosesində-mərkəz-Azadlıq prospekti metro stansiyası istiqamətində; 3. Moskva prospektində-Beynəlxalq Avtovağzalın qarşısından “20 yanvar dairəsi”nə qə


03.07.2022 - 18:50

"Bakmil" stansiyası istiqamətində qatarların iş qrafikidəyişdirildi - CƏDVƏL

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 4 iyul 2022-ci il tarixindən iş günləri ərzində “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların cədvəlinə dəyişiklik edilib. “Bakı Metropoliteni” QSC-dən verilən xəbərə görə, “Bakmil”dən xəttə daxil olan və “Nəriman Nərimanov” stansiyasında xətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakı metropoliteninin rəsmi saytının müvafiq bölməsində (


03.07.2022 - 12:16

Bakıda 11 yaşlı oğlanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Seyid Ayxan Anar oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.


02.07.2022 - 18:46

Bakıda əsgər texniki qəza nəticəsində öldü

Azərbaycan Ordusunun əsgəri texniki qəza nəticəsində ölüb. Müdafiə Nazirliyindən bildirilib ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.


02.07.2022 - 13:07

Göygöldəki hadisədə ölən 6 nəfər istirahətdən qayıdırmış — Təfərrüat

Ötən gecə Göygöl rayonunda 6 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Xəbər verilir ki, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan “Daf” markalı


02.07.2022 - 10:57

Burak Özçivit Bakıya gəldi - FOTO

Türkiyəli aktyor Burak Özçivit Bakıya gəlib.  Xəbər verilir ki, bu barədə o, "Instagram" hesabında o, paytaxt aeroportundan foto paylaşıb. Xatırladaq ki, B. Özçivit Bakıda kikboksla bağlı tədbirdə iştirak edəcək. 


02.07.2022 - 10:32

“Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı

İdmançı Kamil Zeynallı sosial şəbəkədə açıqlaması ilə diqqət çəkib. O, feysbuk səhifəsində bu sözləri yazıb: “Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb. Acıqlarına gəlib. Bu səfərimiz də xəbərlərə səbəb olub. Bunlar hələ də məni izləyirlər. Ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib.


01.07.2022 - 18:38

Bakıda pasiyent burun əməliyyatı zamanı öldü

Bakıda xəstəxanalardan birində xəstə əməliyyat masasında dünyasını dəyişib. Əslən Biləsuvar rayonundan olan, Bakı şəhərində yaşayan 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı vəfat edib. Mərhum Biləsuvar rayonunun Amankənd kəndində dəfn olunub. Qohumlarının iddiasına görə, Ə.Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41