Bakıda 11 yaşlı oğlanı avtomobil vurub
Bakıda 11 yaşlı oğlanı avtomobil vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Seyid Ayxan Anar oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Azadsoz.com