Şənbə, 18 May

Axtarış

Azərbaycan” üzrə 8772 nəticə tapıldı

22.08.2022 - 12:45

Azad edilən ərazilərdə son həftədə aşkarlanan minaların sayı açıqlandı - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticə


22.08.2022 - 12:25

Valyuta məzənnələri açıqlandı - CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Məlumata görə, 2022-ci ilin avqustun 22-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avro 1.7065 manata,1 türk lirəsi isə 0.0939 manata enib. 1 Rusiya rublunun məzənnəsi isə 0.0286 manata yüksəlib. Valyuta Kod Kurs ABŞ dolları USD 1,7 Avro EUR 1,7065 Avstraliya dolları AUD 1,1727 Argentina pesosu ARS 0,0125 Belarus rublu BYN 0,6736 Braziliya realı BRL 0,3288 BƏƏ dirhə


22.08.2022 - 10:23

Azərbaycanda qiymətlərin sürətlə qalxmasına səbəb nədir?

Son günlər Azərbaycanda həm unun, həm də çörəyin qiyməti artıb. Bahalaşma rayonlarda daha kəskin görünür - son bir həftədə un təqribən 15 faiz bahalaşıb. Amma bahalaşan təkcə un və un məmulatları deyil. Duru yağ, ət, sabun, şampun və başqa mallarda da qiymət artımı müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə ərzaq mallarında inflyasiya təqribən 18


22.08.2022 - 10:02

“Laçından sonrakı hədəf Xankəndi olmalıdır” 

“Ermənistandan Laçına gələn yol bağlanmalıdır. Ümumiyyətlə, sərhəddəki keçid ləğv edilməlidir. Sərhəddə Azərbaycan Ordusu durmalı və Ermənistanla sərhəd nəzarətdə saxlanmalıdır. Bundan dərhal sonra Laçında məskunlaşma həyata keçirilməlidir”. Xəbər verilir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Laçın şəhəri və ətraf kəndlərin Azərbaycan suverenliyinə daxil


22.08.2022 - 09:40

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 601 123 096 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə onlayn statistikada qeyd olunur. Virusdan 6 472 203 xəstə ölüb, 575 548 614 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (95 345 858), Hindistan (44 348 960nəfər), Fransa (34 354 612 nəfər), Braziliya (34 284 864 nəfər) və Almaniyadır (31 808 179 nəfər). Sərhəd qonşularımız arasında Rusiyada 19 117 343, Türkiyədə 16 671 848, İranda 7 506 614, Gürcüstanda 1 723 087, Ermənistanda isə 430 361 nəfərdə koronavirus aşkar edilib. Azərbaycanda koronavirusa


21.08.2022 - 19:40

Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gətirildi - FOTO

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək. Xəbər verilir ki, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib. Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində psixoloji, lazım gə


21.08.2022 - 12:53

Mərkəzi Bankdan VACİB QƏRAR: Bu şəxslərin kredit alması... - VİDEO

Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək. Xəbər verilir ki, Mərkəzi Bank bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır. İqtisadçı Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, Mərkəzi Bank qəbul etdiyi meyarlarla müə


20.08.2022 - 20:33

Yumurtanın qiymətilə bağlı AÇIQLAMA

Hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir. Məlumata görə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) bildirilib ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır. APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib: “Fevral ayından son bir həftəyə


20.08.2022 - 17:43

Xocalının kəndini tərk edən ermənilər meşəyə od vurdular – VİDEO

Azərbaycanın Qarabağ bölgəsində meşədə yanğın başlayıb. Məlumata görə, Xocalının kəndlərinin birində erməni separatçılar meşəyə od vurublar. Onlar həmin ərazidən çıxmazdan öncə qisas məqsədilə belə bir vandallığa əl atıblar. Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Qarabağda yaşayan ermənilər oradan çıxmaq üçün avqustun sonuna qədər vaxt 


20.08.2022 - 16:37

Bu gün neçə vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1395 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.


20.08.2022 - 11:53

İş axtaranların NƏZƏRİNƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası vəzifələr üçün vakansiyalar elan edib. Həmin siyahını təqdim edirik: - “Gəmi sürücülüyü” fakültəsinə dekan - “Gəmi mexanikası və elektromexanikası” fakültəsinə dekan - “Gəmi elektroavtomatikası” kafedrasına müdir. Dekan olmaq istəyən namizədlərdən tələblər: - Kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və də


19.08.2022 - 19:40

“Xankəndi Bakının nəzarətinə keçir, ermənilər sevinəcək” - Qalstyan

"Sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq. Ən ciddi prosseslər məhz bu ay baş verecək. Bu prosseslərdən dərhal sonra isə Azərbaycan, türk maşınları İrəvan küçələrində şütüyəcək, Xankəndiyə nəzarət Bakıya keçəcək və bundan nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxı


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41