Bazar ertəsi, 13 May

Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gətirildi - FOTO

image

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək.

Xəbər verilir ki, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində psixoloji, lazım gəldikdə isə tibbi reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlar üçün mədəni proqram da hazırlanıb. Proqrama paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən Heydər Əliyev Mərkəzinə, Qobustan Dövlət Tarix-Bədii Qoruğuna, İçərişəhərə, “Suraxanı” gəmi-muzeyinə, Atəşğaha, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu və digər tarixi abidələrə ekskursiyalar da daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00