Bazar, 19 May

Axtarış

Azadlıq” üzrə 843 nəticə tapıldı

22.02.2024 - 12:30

Dani Alveşə hökm oxundu

Braziliya yığmasının və "Barselona" futbol klubunun sabiq futbolçusu Dani Alveş 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xəbər verilir ki, ulduz futbolçu gecə klubunda cinsi təcavüzdə təqsirli bilinib.


17.02.2024 - 11:29

Sumqayıtda qadın ona sataşan sürücünü videoya çəkərək özünü işə saldı

Sumqayıtda marşrut avtobusu sürücüsünü şantaj edərək pul tələb etməkdə ittiham edilən 40 yaşlı Nübar Quliyeva (şərti) cinayət məsuliyyətinə cəlb edilib. Xəbər verilir ki, Sumqayıt Şəhər Məhkəməsində barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılmış qadına hökm oxunub. Araşdırmalar zamanı məlum olub ki, N.Quliyeva 19 oktyabr 2023-cü


17.02.2024 - 11:02

Navalnının sağlığındakı son görüntüsü yayıldı - FOTO

Zindanda həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının son fotosu yayılıb. Xəbər verilir ki, 19 il müddətinə azadlıqdan məhrum edilən Aleksey Navalnı vəfat edib. ABŞ dövlət katibi Antoni Blinken və bəzi siyasətçilər Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıblar və məsuliyyət daşıdığını bildiriblər.


15.02.2024 - 17:21

Adnan Oktar daha 43 il həbs cəzası ala bilər - Həbsxanada etdiyinə görə...

8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxana şəraitində daha bir cinayət törətdiyi iddia olunub. Xəbər verilir ki, elə bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib. İddiaya görə, Adnan Oktar qurduğu cinayətkar şəbəkənin fəaliyyətini həbsxana şəraitində davam etdirib. O, xüsusilə vəkilləri və digər təşkilat rəhbərlə


14.02.2024 - 15:29

Ananın doğuş zamanı ölümündə günahlandırılan həkimə bəraət verildi

Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Şahin Allahverdiyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Əldə etdiyimiz məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunub,


14.02.2024 - 12:30

Əhməddə psixi pozuntu hiss etmədim – Kriminalistdən SENSASİON AÇIQLAMA

"Mən onun şəklini ekranlarda gördüm. Açığı, peşəkar hüquqşünas,uzun müddət əməliyyat-axtarış fəaliyyətində çalışan bir şəxs və kriminoloq kimi əhvalında, hərəkətlərində, anatomik durumunda psixi pozuntu hiss etmədim".  Bu sözləri hüquqşünas, kriminalist Şəmsəddin Əliyev ötən gün Bakıda bir ailənin 5 üzvünün qətlə yetirilməsi və evin 25 yaşlı oğlu Əhməd Əhmədovun şübhəli şəxs qismində saxlanılması barədə danış


10.02.2024 - 20:37

Məktəbin tualetində cinsi əlaqədə oldu, hamilə olduğunu biləndə isə... - Azərbaycanda ŞOK OLAY

Balakən rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olan gənc həbs edilib. Xəbər verilir ki, bu barədə Balakən rayon Məhkəməsi yanvarın 31-də hökm çıxarıb. Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. O, 1 il müddətinə azadlı


08.02.2024 - 17:19

Metroda sərnişinin telefonunu oğurladı: Format edib özü işlətdi

Bakı Metropolitenində sərnişinin telefonunu oğurlayan şəxsə hökm oxunub. Məlumata görə, oğurluğu törətməkdə təqsirləndirilən 15 avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Əliyev saxlanılıb. O, ötən ilin noyabr ayında metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyası istiqamətinə hərəkət edən qatarda Gülər (şərti) adlı sərnişinin cibindən “BakıKart” ictimai nəqliyyat ödəniş kartını və “Xiaomi Redmi Note”


06.02.2024 - 14:06

“WhatsApp”da piramida qurdu, 100 nəfəri aldatdı: 200 min manatlıq dələduzluq

“WhatsApp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında bir çox vətəndaşın pulunu ələ keçirməkdə təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. Xəbər verilir ki, növbəti iclas martın 4-də keçiriləcək. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılacaq. Vahid Rzayev


06.02.2024 - 09:55

“Qardaşım qədər yaxın insanı itirdim, günahkaram...”

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda deyilir ki, N.Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub. Qeyd edilir ki, o, sürət


03.02.2024 - 16:21

BTİ Əli Həsənovun şərkətinə 391 minlik tender verdi - Müqavilə imzalanacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayacaq. Xəbər verilir ki, maliyyə dəyəri 391 833,6 AZN olan müqavilədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışı xidmətlərinin satın alınması nəzərdə tutulur. Qurumun abunə yazılmaq istədiyi nəşrlər


31.01.2024 - 14:49

Putinin daha bir rəqibi seçkidən geri çəkildi

Rusiyada “Azadlıq və Ədalət” partiyasından prezidentliyə namizəd Andrey Boqdanov seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. Xəbər verilir ki, Boqdanov namizədlikdən geri çəkilməsi ilə bağlı Rusiyanın Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib.  Xatırladaq ki, yanvarın 30-u “Rusiya Ümumxalq İttifaqı” partiyasının lideri Sergey Baburin də prezident seçkilərində namizədliyini geri götürüb.  Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41