Çərşənbə axşamı, 30 Aprel

Məktəbin tualetində cinsi əlaqədə oldu, hamilə olduğunu biləndə isə... - Azərbaycanda ŞOK OLAY

image

Balakən rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olan gənc həbs edilib.

Xəbər verilir ki, bu barədə Balakən rayon Məhkəməsi yanvarın 31-də hökm çıxarıb.

Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. O, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fərid Usubovun cinsi əlaqədə olduğu yeniyetmə orta məktəbi 9-cu sinifdə yarımçıq dayandırıb. İnstaqram sosial şəbəkəsi vasitəsilə tanış olan və aralarında sevgi münasibəti yaranan şəxslər həftənin şənbə və bazar günləri Qullar kənd 2 saylı tam orta məktəbinin sanitar qovşağında bir neçə dəfə intim münasibətdə olublar. Bir müddət sonra isə qızın 8 aylıq hamilə olması üzə çıxıb.

Bundan sonra ailələr razılığa gələrək nişan mərasimi keçiriblər və övladlarını evləndirmək qərarına gəliblər. Lakin hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Fərid Usubov cinayət məsuliyyətinə cəlb edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42