Cümə, 17 May

Axtarış

ASC” üzrə 316 nəticə tapıldı

15.05.2021 - 20:33

Övladlarına görə işdən qovulan məmurların SİYAHISI

Azərbaycan mediasında müxtəlif dövrlərdə məmur övladlarının özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı xəbərlər yayımlanıb. Onların bir çoxunun əməllərindən sonra ataları ya işlərindən azad olunub, ya da ciddi töhmət alıblar. Qanunları heçə sayaraq müxtəlif cinayətlər törədən və onların törətdikləri bu cinayətlərdən sonra dövrü mətbuatda məlumatları


11.05.2021 - 15:20

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətin rəhbəri dəyişdirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASC Xidmət” MMC-nin direktoru Yuliya Mürsəlova vəzifəsindən azad edilib. Xəbər verilir ki, şirkətə rəhbərlik Elşad Allahverdiyevə həvalə olunub. Xatırladaq ki, “ASK Xidmət” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34 210 manatdır. Şirkət ASK-nın mülkiyyətində olan dövlət əmlaklarını (“ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “AMAY” Ticarət Mərkəzi və s.) idarə edir.


07.05.2021 - 15:52

Əli Həsənovun oğlunu məhkəməyə verdilər

 Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb. Xəbər verilir ki, məhkəmə baxışı bu gün - 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq. Məhkəmə iddiasının müqavilə tələbini ilə əlaqəli olduğu bildirilir. Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilənı


07.05.2021 - 11:18

İcra başçısı qazimizə küçə süpürməyi təklif edib

Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib. Bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov özü məlumat verib: “Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif


06.05.2021 - 21:32

Milyonlarını kürəkəninə və qudalarına həvalə edən rektor - ARAŞDIRMA
 

İndex.az yerli bankların və onların sahiblərinin qazancı barədə məlumatlandırmağa davam edir. Xəbər verilir ki, növbəti araşdırmanın qəhrəmanları Muğan Bank və 2005-2015-ci illər ərzində Milli Məclisin deputatı olmuş Əhməd Vəliyevdir. "Muğan Bank"ın məhz Əhməd Vəliyevə məxsus olması az qala hər kəsə məlumdur. Hərçənd, bankın rəsmi səhmdarları keçmiş deputatın qızı, kürə


04.05.2021 - 18:01

Qorxmaz Hüseynov “Azərsu” ASC-nin sədri vəzifəsindən azad edilib

Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. Xəbər verilir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.


04.05.2021 - 09:55

Hacıbala Abutalıbov son iş günündə qanunsuz sənəd imzalamaqda suçlanır -FOTOFAKT

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov vəzifədə olduğu müddətdə adı çoxsaylı qanunsuzluqda, cinayətdə hallanıb. Onun imzası ilə törədilən axırıncı qanundankənar əməl isə vəzifədə olduğu son gün - 2018-ci il aprelin 20-də baş verib. Aprelin 21-də isə Hacıbala Abutalıbov artıq mer deyildi. Onun imzaladığı sənəd araşdırılacağı təqdirdə həbsinə yol açmaq gücündədir.


03.05.2021 - 14:38

Aydın Hüseynova yüksək vəzifə verildi

"Rabitəbank" ASC-nin Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş tutub. Belə ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb. Sözügedən vəzifədə çalışan Elçin Qədimov isə bundan sonra fəaliyyətini İdarə Heyəti Sədrinin birinci müavini olaraq davam etdirə


01.05.2021 - 10:16

Keçmiş icra başçısı dünyasını dəyişdi

Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov 70 yaşında dünyasını dəyişib. Xəbər verilir ki, mərhum aprelin 30-da vəfat edib. A.Səlimov 1950-ci il noyabrın 7-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. I Qarabağ müharibəsi iştirakçısı olub. O, 1984-2006-cı illərdə Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarının polis şöbələrində yüksək vəzifələr tutub. 2013-2016-cı illərdə Laçı


29.04.2021 - 19:00

Ağsuya yeni icra başçısı təyin edildi

Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Verilən xəbərə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.


27.04.2021 - 18:41

“Azərsu” əməkdaşları ilə mübahisə edən qadın özünü bıçaqladı - Foto

Bu gün günorta saatlarında Qax şəhərində “Azərsu” ASC-nin əməkdaşları ilə şəhər sakini arasında insident baş verib. Xəbər verilir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, Qax şəhəri Nəriman Nərimanov küçəsi bina 1, blok 2, mənzil 7-də yaşayan Firəngiz Ziyəddin qızı Musayeva “Azərsu” əməkdaşları İlə arasında yaşanan mübahisə zamanı qadın bıçaqla özünə xəsarə


27.04.2021 - 09:15

Kəmaləddin Heydərovun biznes imperiyasında nə baş verir?

“AFB Bank” ASC (ASC) “Xəzri TN” MMC-ni məhkəməyə verib. Xəbər verilir ki, məhkəmə çəkişməsinə səbəb kredit müqaviləsi üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb və 7 may 2021-ci il tarixə hazırlıq iclası təyin edilib. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. “Xəzri TN” MMC 1 oktyabr 1999-cu ildə yaradılıb. Nizamnamə kapitalı 29 483 635 AZN-dir. MMC-nin qanuni təmsilç


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41