Cümə, 19 Aprel

Övladlarına görə işdən qovulan məmurların SİYAHISI

image

Azərbaycan mediasında müxtəlif dövrlərdə məmur övladlarının özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı xəbərlər yayımlanıb. Onların bir çoxunun əməllərindən sonra ataları ya işlərindən azad olunub, ya da ciddi töhmət alıblar.

Qanunları heçə sayaraq müxtəlif cinayətlər törədən və onların törətdikləri bu cinayətlərdən sonra dövrü mətbuatda məlumatları paylaşılan məmur övladlarının siyahısını tərtib edib. Həmin siyahını təqdim edirik:

Bu gün marketdə yeyinti məhsullarını yararsız hala salaraq mobil telefonuna çəkən və sonra bunu sosial şəbəkələrdə paylaşan şəxslərdən biri - Rüstəm Orucovun general Novruzəli Orucovun oğlu olduğu ortaya çıxıb. Bu hərəkətindən sonra o DİN əməkdaşları tərəfindən saxlanılaraq haqqında araşdırma başlanılıb.

Bundan başqa Rüstəm Orucov bir neçə il öncə də ölkə mətbuatının əsas gündəm mövzularından birinə çevrilmişdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində çalışan General Novruzəli Orucovun oğlu Rüstəm Orucov 2017-ci ildə BMW markalı 10 OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona irad bildirmiş sürücüyə qarşı xəsarətlər yetirərək xuliqanlıq etmişdi. Bir müddət sonra onun general atası tutduğu vəzifədən azad olunmuşdu.

Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də törətdiyi əmələ görə ölkə gündəmini məşğul edən şəxslərdən biri idi.

1994-cü il təvəllüdlü Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi "Gelandewagen” markalı avtomobillə qəza törətmişdi. Yüksək sürətlə hərəkət edib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı VAZ-21015 markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirən sürücü, avtomobili beton yolayrıcını o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurmuşdu. Daha sonra maşın binanın fasadına çırpılaraq yanmışdı.

Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişmişdi. Tekiş cütlüyü isə ağır xəsarət almışdı. Nail Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin edib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirmişdi. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. Onun üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi " QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov oğlu Xalid Mədətovun içkili vəziyyətdə "avtoşluq” edərkən törətdiyi ağır qəzadan sonra vəzifəsi ilə vidalaşmalı olmuşdu. Xalid Mədətovun səbəb olduğu qəzada xalq artisti Ağasəlim Abdullayevin xanımı və nəvəsi həlak oldu. Xalid Mədətova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxıldı. "Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müaviniMübariz Mədətovisə 2018-ci ildə dünyasın dəyişib.

Övladının yol verdiyi nöqsana görə vəzifəsindən azad olunan məmurlardan biri də sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdur. Ötən ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonradan həmin rayonda böyük etirazlara səbəb oldu.

Mətbuatda "İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks nazirin oğluna məxsus "Çıraq” oteli və onun bir neçə bahal avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu.

Olaydan sonra 18 nəfər həbs olunub. Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

General-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev də cinayət törətməkdə təqsirləndirilmişdi. O dövrdə mətbuatın yazdığı məlumata görə, 10 aprel 2015-ci ildə Tamerlan Əsədullayev Bakının "Senator" restoranında insidentin yaşanmasına səbəb olmuşdu. Davada bir nəfər bıçaqlanaraq xəstəxanalıq olmuşdu. Hadisəni törədən Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmişdi. Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunurdu. Məhkəmənin qərarı ilə T. Əsədullayev 3 il şərti cəza almışdı. Sözügedən hadisənin video-görüntüləri o dövürdə bütün sosial şəbəkələrdə və mediada yayımlanmışdı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun o zamankı müvafiq əmri ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası da işdən çıxarılıb. Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Belə ki, onun övladı T. Həsənov Zığ şossesində dostu ilə avtomobillə sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Bundan sonra Daxili işlər naziri, General-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.
Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.

Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov

Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov olub. Ötən il V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomabil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Hadisəyə gəlincə, məmur oğlu başqa bir gənclə "qonkaya" çıxıb və "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib.

Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.

Bir neçə müddət işsiz qalan Vidadi Bəylərova bu yaxınlarda yeni vəzifə verilib.

Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20