Bazar ertəsi, 20 May

Axtarış

18” üzrə 2935 nəticə tapıldı

03.04.2022 - 14:50

Azərbaycanlı model partlayışda ağır yaralandı - FOTO

Türkiyədə yayımlanan məşhur “İşte benim stilim” proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) dünən baş verən partlayışda ağır yaralanıb. Əldə etdiyi məlumata görə, hadisə zamanı beton parçaları onun üzərinə düşüb. O, hazırda xəstəxanada müalicə olunur. Vəziyyətinin ağır olduğu söylənilir.  


03.04.2022 - 03:50

DİN-dən dəhşətli partlayışla bağlı - Açıqlama

Bakının mərkəzində güclü partlayış olub. Xəbər verilir ki, hadisə şəhərin mərkəzində “Location” klubunda ("Room" klubunun qarşısında) baş verib. Bildirilir ki, ölənlər və yaralananlar var. Klubun martın 18-də fəaliyyətə başladığı qeyd edilir. *** Məlumata görə, hadisə Nizami küçəsində qeydə alınıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış habelə yanğınla nəticələnib. Hadisə yerinə


02.04.2022 - 10:01

"NATO bizi qəbul etmək istəmir” - Zelenski

Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir və bu, “dərin, ağrılı məsələdir”, lakin xalq qələbədən başqa heç bir başqa nəticəni qəbul etməyəcək. Xəbər verilir ki, bunları ”Fox News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Aparıcının prezidentin sülh sazişinin imzalanması naminə Rusiyaya ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Zelenski bunun


02.04.2022 - 09:00

“Qarabağ” autsayderə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək. Xəbər verilir ki, turun açılış matçında “Qarabağ” “Səbail”i qəbul edəcək. Günün digər oyununda isə “Sabah” “Sumqayıt”ın qonağı olacaq. Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq. Azərbaycan Premyer Liqası XXI tur 2 aprel (şənbə) 16:00.  “Qarabağ” –  “Səbail” Hakimlər: Rəşad Ə


01.04.2022 - 11:23

“Rusiyaya qarşı sanksiyalar dolların gücünü nümayiş etdirir”

Ukraynada gedən müharibəyə qədər belə bir təsəvvür vardı ki, ABŞ və Avropa iqtisadi cəhətdən nə qədər güclü olsalar da, Rusiya dünyanın ikinci ən möhtəşəm ordusuna malikdir və bu faktor hər zaman öz sözünü deyəcək. Hərbi qüdrəti ilə qürrələnən Kreml rəhbərliyi deyirdi ki, Kiyevi iki-üç gün ərzində zəbt edəcək və bununla da Qərbin sə


31.03.2022 - 14:10

Aprel ayında 30 dərəcəyədək isti olacaq - PROQNOZ

Aprel ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, mülayim keçəcəyi, temperaturların tədricən yüksələcəyi gözlənilir.


31.03.2022 - 11:04

Fərrux yüksəkliyində itkin düşmüş hərbçilərin - Siyahısı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Fərrux kəndində insan qalıqlarının aşkarlanması ilə bağlı açıqlama yayıb. Qurumdan daxil olan məlumatda bildirilir: Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin


31.03.2022 - 10:22

Amerika Kinoakademiyası aktyoru cəzalandıra bilər

ABŞ-ın Kino Sənətləri və Elmləri Akademiyası aktyor Uill Smitə qarşı intizam işi açıb. Xəbər verilir ki, bu barədə kinoakademiyanın çərşənbə günü yaydığı məlumatda deyilir. İntizam işi "Oskar" mükafatı mərasimində Smitin komediya ustası Kris Rokun üzünə sillə  vurması ilə bağlıdır. “Bu gün Rəhbərlər Şurası davranış kodeksini pozduğuna görə Smitə qarşı intizam icraatına başlayıb”, - deyə sənəddə vurğulanı


30.03.2022 - 17:39

Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxdu - Bu günün STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 791 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib. 320 nəfər aktiv xə


30.03.2022 - 12:08

35-ci gün: Rusiyanın itkiləri açıqlandı

Müharibənin 35-ci günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib. Xəbər verilir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, fevralın 24-dən martın 30-na qədər düşmənin 17.300-dən çox əsgəri, 605 tankı, 1723 hərbi zirehli maşını, 305 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 131 təyyarə, 131 helikopter, 1.184 avtomobil texnikası, 7 gəmi/kater, 75 yanacaq sisterni, 81 PUA, 21 xüsusi texnika, 4 ədə


30.03.2022 - 09:00

Britaniya sakini dəniz sahilində xəzinə tapdı - FOTO

Böyük Britaniya sakini işərisində qədim sikkələr və qiymətli daşlar olan sandıq tapıb. 38 yaşlı Cenni Fitcerald ailəsi ilə birlikdə Norfolk qraflığında çimərlikdə təmizlik işləri apararkən qumda basdırılmış sandıqla rastlaşıb. Qadın uşaqlarıyla birgə diş fırçaları ilə sandığın üzərindəki qumu təmizləyib. Onun içərisindən əsasən Viktorian dövrünə və 18-ci əsrin sonlarında Britaniyanı idarə edən Kral


29.03.2022 - 19:05

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 957 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 475, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14 568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 883 nəfərdir.


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41