Şənbə, 18 May

Tovuzda iki sərxoş kişini maşın vurdu

image

Tovuzda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Xəbər verilir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Ələsgər Ələkbərov və 1992-ci il təvəllüdlü Orxan Hüseynovu vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə vaxtı hər iki şəxs sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41