Cümə, 17 May

Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb – FOTO

image

Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Azərcell" əməkdaşına atəş açıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41