Cümə axşamı, 16 May

Azərbaycanlı kriminal avtoritet Ukraynada qətlə yetirildi - FOTOLAR

image

Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.

Xəbər verilir ki, bu barədə məlumatı “Dumskaya” nəşri yayıb.

Məlumata görə, insident dekabrın 28-i Odessada “Arena” adlı bilyard klubunda baş verib.

İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd olunur ki, Nazir Əliyev “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.

Fotoda: Şöhrəddin Quliyev

 




Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00