Şənbə, 18 May

Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb - FOTO

image

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 592 828 nəfər müalicə olunaraq sağalıb, 8 269 nəfər vəfat edib, aktiv xəstə sayı 12 521 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 602, ötən müddət ərzində isə ümumilikdə 5 798 493 test aparılıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41