Cümə axşamı, 16 May

“ABŞ Donbasda təxribata hazırlaşır” - Rusiya açıqladı

image

Rusiya Müdafiə naziri Sergey Şoyqu Donbasda olan Amerika xüsusi hərbi şirkətlərinin Ukraynanın şərqində kimyəvi maddələrdən istifadə etməklə təxribata hazırlaşdığını iddia edib.

Xəbər verilir ki, bu iddia Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi rus hərbi elitasının genişləndirilən toplantısında səsləndirilib.

Nazir iddia edib ki, təsbit edilməyən kimyəvi maddələrin olduğu çənlər Avdeyevka və Krasnı liman şəhərlərinə gətirilib.

Rusiya Müdafiə Nazirliyinin iddialarına görə, Donetsk vilayətində Ukrayna xüsusi təyinatlılarına təlim keçirən Amerika özəl hərbi şirkətlərinin 120-yə yaxın əməkdaşı var. ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi varlığını artırdığını qeyd edən Şoyqu Şərqi Avropa ölkələrində 8 minə yaxın əsgər də daxil olmaqla Amerika qoşunlarının yerləşdirildiyini vurğulayıb: “Dünyada hərbi-siyasi gərginlik artmaqda davam edir. Rusiyanın qərb və şərq sərhədlərində gərginlik artmaqdadır. ABŞ Rusiya sərhədləri yaxınlığında özünün qabaqcıl hərbi mövcudluğunu artırır. Ümumi sayı 8 minə yaxın əsgər olan Amerika qoşunları Şərqi Avropa ölkələrində növbə ilə yerləşdirilir”.

Qeyd edək ki, bundan əvvəl ruslar Suriyada oxşar iddialar ortaya atmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00