Cümə, 17 May

“Taliban” belə davranmağa davam edərsə, yaxında gücünü itirəcək – Rusiyalı diplomat

image

“Taliban” inklüziv hökumətin formalaşdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməzsə, Əfqanıstanda hakimiyyəti itirmək riski ilə üzləşəcək.

Bunu Rusiyanın “Sputnik” Xəbər Agentliyinə verdiyi açıqlamasında Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi köməkçisi Zamir Kabulov deyib. Z.Kabulov bildirib ki, etnik siyasi inklüzivlik lazımdır. Belə davranmağa davam etsələr, yaxın gələcəkdə güclərini itirə bilərlər: “Onlar inklüzivliyi təmin etməli olacaqlar. Yeri gəlmişkən, biz bunu ultimatumlar olmadan, sakitcə deyirik - sadəcə edin. Onlar bunu etməli olacaqlar”.

Z.Kabulov əlavə edib ki, struktur güzəştə getməyə başlasa, onların aktivləri dondurulacaq və bu, ölkənin idarə edilməsini asanlaşdıracaq. O qeyd edib ki, Qərb dövlətlərində dondurulmuş əfqan aktivləri “Taliban”ın vəsaitləri deyil, əfqan xalqının resurslarıdır.

Rusiyalı diplomat ölkədəki iqtisadi və humanitar vəziyyətə görə də məsuliyyəti birbaşa Qərb dövlətlərinin ayağına yazıb. Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələri Əfqanıstandakı vəziyyətə görə tam maliyyə məsuliyyəti daşımalıdır və Moskvanın bu məsələdə prioriteti humanitar yardımdır.

Moskvanın Əfqanıstana kredit verməsi ehtimalını şərh edən Z.Kabulov bunları deyib: "Əlbəttə, əgər Rusiya Prezidenti Vladimir Putin qərar verərsə, biz edə bilərik. Amma başa düşməlisən ki, bizim əlavə pulumuz varmı? Bununla diqqətli olaq. Bizim prioritetimiz humanitar yardımın, ərzaq təchizatının, xüsusi məhsulların və digər zəruri məhsulların təmin edilməsidir. Bu, əfqan xalqının bu qışdan sağ çıxa bilməsi ilə bağlıdır”.

Diplomat həmçinin bildirib ki, Rusiya dekabrın 18-də Əfqanıstana humanitar yardımın daha bir partiyasını göndərib. Birinci partiya noyabrda, ikinci partiya isə dekabrın əvvəlində çatdırılıb. Yardıma ərzaq, un və dərman daxildir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58