Cümə, 17 May

“Həll edə bilirdinizsə, niyə etmirdiniz?” – Paşinyan “sülh gündəliyi” barədə danışıb

image

Ermənistanın Baş naziri Nikol Paşinyan milli təhlükəsilik xidməti əməkdaşları ilə keçirdiyi bugünkü görüşündə Qarabağ və danışıqlar prosesi mövzusuna toxunub.

Xəbər verilir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə və Brüsseldə keçirdiyi görüşlərdən sonra regionda sülhün bərqərar olması üçün “sülh gündəliyi”ni irəli aparmağın mümkünlüyünü düşünür. Baş nazirin fikrincə, regionda yeni dövr başlayır və Ermənistan hökuməti bu dövrü sülh siyasəti dövrü olaraq elan edib.

Daha sonra növbəti dəfə Qarabağ danışıqlarına qayıdan Paşinyan deyib ki, ondan əvvəlki hakimiyyətlər danışıqlarda bir mövqe, əhalinin qarşısına çıxanda isə başqa mövqe sərgiləyiblər. İndiki hökumət isə bu yolla getmək fikrində deyil və həqiqəti olduğu kimi xalqa çatdırmağa üstünlük verir: “Bu mövzu dəfələrlə müzakirə olunub və uzun müddət müzakirə olunacaq, bəlkə də yüzillərlə. Deyirlər ki, Dağlıq Qarabağ münaqişəsini hansı yollasa həll etmək mümkün idi və o, həll edilməlidir. Həll edəydiniz də. Həll etmək mümkün idisə, niyə etmədiniz?”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58