Bazar ertəsi, 20 May

Gənc oğlan boşanmaq istəyən arvadına dəhşət yaşatdı – Şok təfərrüat

image

Masallı rayonunda 1993-cü il təvəllüdlü Valeh qısqanclıq zəminində həyat yoldaşı Vəfanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Əldə etdiyimiz məlumata görə, Valeh 16 fevral 2021-ci ildə arvadı Vəfanın Masallı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə nikahın pozulmasından sonra ona xəyanət edəcəyini deməsindən əsəbləşib.

Bu səbəbdən Valeh arvadını öldürmək qərarına gəlib. O, fevralın 19-da saat 20 radələrində tanışına məxsus “VAZ-2107” markalı avtomobillə rayonun Ərkivan qəsəbəsinə gəlib.

Valeh Vəfanı söhbət etmək adı ilə avtomobilə mindirib və Qəriblər kəndinin ərazisində yerləşən Viləşçay su anbarının yaxınlığına aparıb. Orada boşanmaq istəmədiyini deyib, barışaraq birlikdə yaşamağı təklif edib. Vəfa təklifdən imtina etdiyi üçün Valeh özü ilə gətirdiyi bıçaqla onun döş qəfəsinə bir neçə zərbə vurubş

Vəfa bıçağın tiyəsindən tutaraq onu öldürməməsi üçün yalvarıb, tiyə sınaraq əlində qalıb. Buna baxmayaraq Valeh bıçağın tiyəsini Vəfanın əlindən alıb, yenidən onun döş qəfəsinə zərbələr vurub. Daha sonra Vəfanın öldüyünü zənn edib və oradan uzaqlaşıb.

Vəfa köməyə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Valeh 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Valehin vəkili apelyasiya şikayəti verib. Vəkil apelyasiya şikayətində göstərib ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə istintaqında ona edilmiş ittihamda özünü qismən təqsirli bilib. Qeyd edib ki, iş üzrə zərərçəkmiş şəxsi öldürmək fikrində olmayıb: “O, 2017-ci ilin iyulunda Vəfa ilə tanış olub və ailə qurub. Hüquqlarını müdafiə etdiyim şəxsin zərərçəkmiş şəxslə mübahisəsi olub. Bu səbəbdən Vəfa uşağını da götürüb Masallı rayonunda yaşayan valideynlərinin evinə gedib.

Vəfa döyülməsi ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət etdiyi üçün polis şöbəsindən Valehə məktub gəlib. O, zərərçəkmiş şəxsin nə üçün polisə şikayət etməsini maraqlanması ilə əlaqədar zərərçəkmiş şəxsin yaşadığı evə gedib. Əslində Valeh Vəfanı döyməyib”.

Vəkil qeyd edib ki, hadisə günü əgər Valehin zərərçəkmiş şəxsi öldürmək məqsədi olmayıb. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, yüngül cəza verilməsi barədə hökm qəbul edilməsini xahiş edib.

Vəkilin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Apelyasiya şikayəti təmin edilməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41