Bazar ertəsi, 20 May

Makron Azərbaycanın 10 erməni hərbçini təhvil verməsini alqışlayıb

image

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın daha 10 erməni hərbçini təhvil verməsini alqışlayıb. 

Xəbər verilir ki, fransalı lider bununla bağlı Tvitterdə paylaşım edib. 

"On erməni hərbçi azad edilib. Mən Avropa İttifaqının qətiyyətli addımını alqışlamaq istəyirəm, onun köməyi ilə biz Azərbaycan və Ermənistan arasında sülhə aparan bu dialoq yolunu davam etdirəcəyik. Biz irəli gedirik", - deyə Emmanuel Makron qeyd edib. 

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41