Cümə axşamı, 16 May

Türkiyədə lirə fırtınası: “Ərdoğanın mütləq bir planı var” - İddia

image

“Düşünürəm ki, Prezident Ərdoğan lirənin bu qədər ucuzlaşmasına imkan verməyəcək. Onun və iqtisadi komandanın mütləq bir planı var”.

Xəbər verilir ki, bunu Türkiyənin “Sabah” qəzetinin baş redaktoru Mehmet Barlas deyib.

O bildirib ki, son bir həftədə 111 ölkə faiz dərəcələrini dəyişməyib: “33 ölkə faiz dərəcələrini artırıb. Türkiyə isə faiz dərəcələrini aşağı saldı. Mütəxəssislər bunun müsbət nəticələrinin yaxın gələcəkdə hiss olunacağını deyirlər.

Geniş kütlələr minimum əmək haqqı hesabına milli rifahda öz paylarından danışırlar. Deməli, iqtisadi siyasət də çoxölçülüdür. Məsələn, eyni hadisələr hər yerdə eyni effekti vermir. Hazırda Amerikada inflyasiya 7 faiz təşkil edir”.

Mehmet Barlas hesab edir ki, türk lirəsi dolların əsiri olmayacaq: “Türkiyə özünəməxsus Çin modelini fasiləsiz həyata keçirməyə başlayıb. Yəni Türkiyə valyuta məzənnələrindən asılı olmayaraq ixracını artırır. Ortaq məqsəd Türkiyə iqtisadiyyatının və xalqının birlikdə uğurlu olmasıdır. Bu, vaxt apara bilər, amma sonda 2023-cü ilə qədər səbirli olmalıyıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00