Şənbə, 18 May

ABŞ-da bu vəzifəyə təyin edilən ilk müsəlman oldu

image

ABŞ-da Rəşad Hüseyn ölkənin Beynəlxalq Dini Azadlıqlar üzrə səfiri təyin edilib.

Xəbər verilir ki, iyulun 30-da ABŞ prezidenti Co Baydenin “ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə səfiri” kimi təklif etdiyi Hüseynin namizədliyi bu gün Senatın Baş Assambleyasında səsə qoyulub.

Namizədliyi 5 əleyhinə 85 səslə təsdiqlənən Hüseyn, bu vəzifəyə təyin olunan ilk müsəlman olub.

Qeyd edək ki, R.Hüseyn ABŞ-ın Vayominq ştatında hind əsilli müsəlman ailəsində anadan olub. O, Barak Obama administrasiyası dövründə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatında xüsusi nümayəndəsi və strateji terrorla mübarizə üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41