Bazar ertəsi, 29 Aprel

Ermənilər Türkiyəyə axın edəcək

image

Türkiyədə İqtisadiyyat və Xarici Siyasət İnstitutunun araşdırmaçısı, Oğul Tuna deyir ki, iki ölkə arasında sərhədlər açılarsa, ilk növbədə uzun illərdir blokada vəziyyətində olan Ermənistan iqtisadiyyatı üçün dirçəlmək imkanı yaranacaq:

“Türkiyə ilə sərhədin açılması, Ermənistanın Türkiyə üzərindən dünyaya açılması demək olacaq. Bu, Ermənistan iqtisadiyyatını canlandıracaq. İkincisi, Ermənistan vətəndaşları üçün səyahət azadlığı yaranacaq. Böyük ehtimalla Türkiyəyə çoxlu sayda erməni miqrant axışacaq. Eyni zamanda Türkiyə də yəqin ki, inşaat layihələri ilə, öz məhsullarını ora ixrac etməklə, Ermənistan bazarına hakim olacaq. Onsuz da Türkiyə malları Ermənistan bazarına daxil olurdu, amma ki, indi boykotsuz, dövlətin müdaxiləsi olmadan bunu edə biləcək”.

Oğul Tuna Türkiyə, Azərbaycan və Ermənistanın münasibətlərinin yaxşılaşmasının daha böyük geopolitik layihələr üçün də önəmli olduğunu düşünür.

Ermənistanda siyasi şərhçi Riçard Giraqosyan isə deyir ki, iki ölkə arasında normal münasibət uzun zamandan bəri yoxdur və açılım həm Türkiyə, həm də Ermənistan üçün mühüm yenilik olacaq.

“Burda real plan heç də sərhədlərin açılması deyil, amma sərhəd keçid məntəqələrini açmaqdır. Bir keçid məntəqəsi yük maşınları və ticarət, digəri isə insanların gediş-gəlişi və turizm üçün açılmalıdır. Başqa bir plan da Naxçıvan üzərindən dəmiryollarının açılması və Qarsdan Gümrüyə keçidin təmin olunmasıdır. Burda iki məqama diqqət yetirmək lazımdır. Birincisi odur ki, Ermənistanda dominant olan Rusiya iqtisadiyyatıdır. Bu o deməkdir ki, Rusiya da açılımdan faydalanacaq. İkincisi isə Ermənistan dəmiryolları da Rusiyaya məxsusdur və regionda açılan yollar da Rusiyanın idarə etdiyi layihələrdir”.

Riçard Giraqosyan deyir ki, indiyə qədər Ermənistan Gürcüstan üzərindən ticarət edirdi və yolların açılması ilə Gürcüstanın önəmi azalır və Ermənistan özü daha ucuz tariflər təklif edən tranzit ölkəyə çevrilir.

Bununla belə, Riçard Giraqosyanın fikrincə, bu o demək deyil ki, Ermənistan və Türkiyə barışır, bu, sadəcə münasibətlərin normallaşdırılmasıdır.

O deyir ki, bu mərhələlərin həyata keçməsi üçün indi əsas məsələ Azərbaycan və Ermənistanın yarımçıq qalan məsələlərlə bağlı razılığa gəlməsidir.

Türkiyə və Ermənistanın münasibətlərin normallaşacağını Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu dekabrın 13-də elan edib və bildirib ki, hər iki ölkə bu məqsədlə xüsusi elçi təyin edib və İstanbulla Yerevan arasında çarter reysi açırlar.

Çavuşoğlu deyib ki, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addım atarkən bunu Azərbaycanla müzakirə edəcək.

Türkiyə Qarabağ münaqişəsində Azərbaycanın tərəfində olduğu üçün Ermənistanla sərhəddini 30 ilə yaxındır bağlı saxlayır.

Azərbaycan və Ermənistan keçən il 44 günlük Qarabağ müharibəsindən sonra atəşkəs sazişi imzalasalar da, yekun sülh müqaviləsi bağlamayıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42