Şənbə, 18 May

“Gələn il göydən dünyaya bir insan enəcək, gəlişi ilə...” – Qəribə iddia

image

Sosial şəbəkələrdəki paylaşımları ilə məşhurlaşan “Thatonetimetraveler” adlı istifadəçi yeni iddiası ilə diqqət çəkib.

Xəbər verilir ki, bundan əvvəl 2485-ci ildən gəldiyini iddia edən “Thatonetimetraveler” dekabrın 25-də bütün dünyanı şoka salacaq olayın baş verəcəyini bildirmişdi.

O, sosial şəbəkə hesabında yeni iddia ilə çıxış edib.

“Thatonetimetraveler” 2022-ci ildə yer üzünə bir insanın enəcəyini bildirib: “900 ildir kosmosda bir kapsulda yaşayan insan 2022-ci ildə yerə enəcək. Bu insan mühüm məlumatlar daşıyır”.

2022-ci ildə dünyaya gələcək insanın digərlərinə kömək edəcəyini də iddia edib:

“Dünyaya gələcək insan bəşəriyyət haqqında çox şey bilir. Onun bir-birinə qarşı savaşan insanlar haqqında ciddi məlumatları var. İnsanlar ondan faydalanmalı, bildiklərini öyrənməlidirlər. Onun gördüklərini öz yaddaşlarına yazmalıdırlar. Onun gəlişi və danışacaqları ilə insanların həyata baxışları dəyişəcək. Əgər ondan faydalana bilməsələr, həyat böyük sual işarəsi olaraq qalmağa davam edəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41