Çərşənbə, 01 May

Səfər Mehdiyevin məsələsi parlamentdə qaldırıldı: Gömrük Komitəsinin sədri Sahibə Qafarovaya zəng edib

image

“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müsahibəsində bəzi deputatları ittiham edib. Düşünürəm ki, müsahibədə Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılıb”. 

Xəbər verilir ki, bunu Milli Məclisin iclasında deputat Elşən Musayev deyib.

O bildirib ki, Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılmayıbsa, o zaman Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirməlidir. 

Spiker Sahibə Qafarova isə qeyd edib ki, ötən gün Səfər Mehdiyev ona zəng edib: 

“Səfər Mehdiyev mənə zəng edib dedi ki, o, deputatlar haqqında elə fikirlər səsləndirməyib, o müsahibədə məmurlar haqqında danışıb”, - deyə S.Qafarova əlavə edib. 

Qeyd edək ki, Səfər Mehdiyevin mətbuatda yayımlanan müsahibəsində onun deputatlar haqqında kəskin fikirləri yer alıb. Müsahibənin mətninə görə, Səfər Mehdiyev bəzi deputatları gizli biznes qurmaqda, fırıldaqçılıqda ittiham edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42