Cümə axşamı, 16 May

Azərbaycan yeni minaaxtaran robotlar alacaq

image

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədilə minaaxtaran robotların alınması üçün iş aparılır”.

Xəbər verilir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, ermənilər işğal dövründə həmin şəhər və rayonlarımızın ərazilərində minalar basdırıblar:

“Quruculuq və abadlıq işlərinin sürətləndirilməsi üçün həmin ərazilər qısa vaxtda minalardan təmizlənməlidir. Odur ki, təkcə minaaxtaran cihazlar deyil, robotların da alınması üçün ANAMA, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən sürətli işlər görülür”.

“Azad edilmiş ərazilərdə xüsusən yaşıllıq zonalarında minatəmizləmə əməliyyatlarının aparılması işi çox çətinləşir. Payız-qış mövsümündə otlar quruduğundan bundan sonra həmin proses daha təkmil və sürətli aparılacaq”, - deyə nazir vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58