Şənbə, 18 May

Putin və Lavrovun ikibaşlı mesajı – Türkiyəyə qarşı separatçı iddia irəli sürüldü

image

“MHP lideri Dövlət Bağçalının Prezident Ərdoğana verdiyi türk dünyası xəritəsi Rusiyada geniş əks-səda doğurub. Xarici işlər naziri Lavrov dedi ki, hər kəs xəritələrdə istədikləri yeri rəngləyə bilərlər. Moskva bununla Hatayla bağlı mövqeyini ortaya qoydu”.

Xəbər verilir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin Yunanıstan Baş naziri Kirakos Mitsotakislə görüşündə Kiprlə bağlı Afinaya dəstək verdiyini söyləyib:

“Putinin Kipr, Bəşər Əsədin də Hatayla bağlı fikirləri yeni məsələ deyil, illərdir bu yöndə yürüdülən siyasət var. Bəşər Əsəddən əvvəlki suriyalı siyasətçilər də tez-tez Türkiyənin Hatay bölgəsinə əsassız iddialarını dilə gətirirdilər. Kiprin federallaşması da Rusiyanın tez-tez gündəmə gətirdiyi məsələdir. Burada maraqlı olan məsələ bu açıqlamaların üst-üstə düşməsidir. Suriya parlamenti Hatayla bağlı sənəd qəbul etməsindən sonra Soçidə Mitsotakislə görüşən Putin Kipr məsələsi haqda açıqlama verərək, Afinanın tezislərini müdafiə etdi. Əslində, bu, Yunanıstan və Rusiyanın baxışlarının bu məsələdə üst-üstə düşməsi deməkdir.

Rusların bunu tez-tez dilə gətirmələrinin bir səbəbi Krım, digər səbəbi də Türk Dövlətləri Təşkilatı ilə bağlıdır. Sanki Rusiya bununla Suriyaya suflyorluq edir. Yəni bununla demək istəyirlər ki, türklər bizə Krım məsələsində problemlər yaradırlar, biz də Hatay məsələsini ortaya atırıq. Bunu da Bəşər Əsədə həvalə edirlər. Buna görə də Hatay məsələsini Rusiya yox, Suriya gündəmə gətirir.

Türk Dövlətləri Təşkilatına gəldikdə, ruslar bu təşkilatın zirvəsindən sonra mənfi fikirlər səsləndirmədilər. Amma şüuraltında bununla bağlı narahatlıqları var. Açıq şəkildə etiraz etmədikləri kimi, dəstək də vermirlər, prosesləri təmkinlə izləyirlər. Bəlkə də bunun onlar üçün faydalı tərəflərinin olub-olmadığını hesablayırlar.

Təbii ki, narahatlıqları var. Bu narahatlıq da Dövlət Bağçalının Prezident Ərdoğana verdiyi türk dünyası xəritəsindən başladı. Bu, rus mediasında, Moskvada böyük əks-səda doğurdu. Peskov və Lavrov bu xəritə ilə bağlı açıqlama verdi. Lavrov dedi ki, biz də xəritədə istədiyimiz yeri rəngləyə bilərik. Bununla da, həmin rəngləmək istədikləri yerin də Hatay ola biləcəyinə eyham vura bilərlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41