Cümə, 17 May

14 yaşlı qız anası tərəfindən oğurlanıb? – Rəsmi

image

Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

Xəbər verilir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yayılan məlumatların araşdırıldığını deyib.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Musatafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Musatafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58