Bazar, 19 May

BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib

image

Bakı Dövlət Universitetinin (BDU) ümumilikdə 11 qrupu COVID-19 virusuna görə distant təhsilə keçib.

Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib.

O bildirib ki, həmin qruplar Kimya, Fizika və Hüquq fakültələrindədir.

"İki həftəlik karantin müddəti başa çatdıqdan sonra həmin qruplar yenidən əyani tədrisə keçəcək. Müəllimlər arasında isə koronavirusa yoluxma halı baş verməyib" - deyə, Günel Orucəliyeva əlavə edib.

BDU-da təhsil alan xarici tələbələrin əyani tədrisə cəlb olunmasına gəlincə isə qurum rəsmisi qeyd edib ki, bütün xarici tələbələr ölkəyə gəlib:

"Koronavirus pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən xarici tələbəmiz yoxdur", - deyə o bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41