Bazar ertəsi, 29 Aprel

“Rusiya sülhməramlıları artıq Türkiyə sülhməramlıları ilə əvəzlənməlidir”

image

Laçın dəhlizi  Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Qeyd edək ki, bu dəhliz Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Laçın dəhlizini  Ermənistan üçün önəmli edən daha bir fakt Yerevan Xankəndi arasındakı şose yoludur. İrəvan – Gorus – Laçın – Xankəndi şose yolu, Ermənistanı Qarabağa birləşdirən yeganə ən qısa yoldur ki, ilin bütün fəsillərində fasiləsiz olaraq fəaliyyət göstərə bilir.  Bu yol birinci Qarabağ müharibəsində Ermənistanla Qarabağ arasında “qida borusu” rolunu oynayıb. 

Son günlər Azərbaycan-Ermənistan sərhəddində erməni hərbi birləşmələri tərəfindən törədilən təxribatlar və Laçın dəhlizi ətrafında cərəyan edən hadisələr, əraziyə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının buna sakit qalması dəhlizin müqəddəratı ilə bağlı yeni versiyalar ortaya çıxarır.   

Hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev açıqlamasında bildirib ki, Laçın dəhlizi əldə olunan qələbədən sonra “Ermənistan Respublikası” üçün yaradılmış bir imtiyaz idi. 

Hərbi ekspertin sözlərinə görə, son dövrlərdə ermənilər bu dəhlizdən ancaq təxribat məqsədilə istifadə etdilər:

“Bu cinayətlərdə mütləq surətdə rus sülhməramlıların laqeyd yanaşmasının da səbəbi var. Bu, laqeydlik qəsdli və ya ikili standartlardan yanaşma səbəbiylə ola bilər. Görünən odur ki, ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə bu gün mütləq surətdə bu dəhliz ya tamamən Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətdə tutulmalı, yaxud da onun istifadə edilməsi dayandırılmalıdır. Digər bir halda ola bilər ki, burada Rusiya sülhməramlıları artıq Türkiyə sülhməramlıları ilə əvəzlənməlidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55