Cümə axşamı, 16 May

Türkiyə ilə ABŞ hərbi heyətləri arasında razılaşma - Pentaqon açıqladı

image

Ankarada keçirilən görüşdən sonra Türkiyə ilə ABŞ hərbi heyətləri arasında razılaşma əldə edilməsi çərçivəsində ikinci görüş noyabrın 16-da Pentqonda keçirilib.

Xəbər verilir ki, Türkiyə-ABŞ Müdafiə Nazirlikləri arasında Yüksək Səviyyəli Müdafiə Qrup toplantısına dair Pentaqon xüsusi açıqlama verib.

Görüşdə ABŞ heyətinə rəhbərlik edən Pentaqonun müşaviri Laura Kooper bildirib ki, Türk Silahlı Qüvvələrinin hərbi moderinləşdirmə ehtiyaclarını qəbul edirlər.

Laura Kopper şərhində qeyd edib ki, ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Ərdoğan arasında aparılan danışıqlar əsasında qurulan nümayəndə heyətləri müdafiə naziri Lyod Austinlə Milli Müdafiə naziri Hulusi Akar arasında müzakirələrə dayanaraq funksional və regional məsələlərə diqqət ayırıblar.

Görüşdə terrorizm, Əfqanıstan, Afrika, Cənubi Qafqaz, Şərqi Aralıq dənizi və Yaxın Şərqdə təhlükəsizlik mövzularının müzakirə edildiyinə işarət edilən açıqlamada Kooper eyni zamanda Qara dənizdəki əməkdaşlığı vurğulayıb.

“İki tərəf eyni zamanda ikili müdafiə əməkdaşlığı və uzunmüddətli müdafiə əlaqələrinin inkişafına yönəlik hədəfləri ələ alıb”, - Pentaqonun müşaviri bildirib.

Kooper həmçinin ABŞ-ın NATO-ya dəsdək nöqtəsində Türkiyənin modernləşdirmə ehtiyaclarını tanıdığına bir daha vurğu edib.

Türkiyə Milli Müdafiə Nazirliyinin görüşlə bağlı açıqlamasında isə heyətlər arasında görüşün müsbət və konstruktiv atmosgerdə keçirildiyini bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00