Bazar, 19 May

Bu şəxslər 2-3 qat artıq maaş alacaqlar

image

Bəzi məmurlar şəhid və qazi ailələrini incidirlər. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. İclasda hərbçilərinin maaşlarının artırılması da təklif olunub.

Milli Məclisin ötən günkü plenar iclası noyabrın 16-da şəhid olan hərbi qulluqçularımızın xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb. 

Millit vəkili  Qüdrət Həsənquliyev dünən baş verən təxribata diqqət çəkərək, Ermənistanın prosesləri ləngitdiyini bildirib. Qüdrət Həsənquliyev qeyd edib ki, sərhədlərin müəyyən edilməsini gecikdirən əsas amil Ermənistan olaraq qalır.

Millət vəkili Vüqar İskəndərov isə hərbi qulluqçularının maaşlarının artırılmasını təklif edib. O bildirib ki, müddətdən artıq hərbi xidmət keçən şəxslərin aylıq əməkhaqqıları aşağıdır.

Deputat Tahir Kərimli isə  parlamentdə çıxışı zamanı bəzi məmurların şəhid və qazi ailələrini incitdiyini bildirib. Qeyd edib ki, şəhid ailələri və qazilər dövlətin onlara dəstəyini hər zaman məmnunluqla ifadə edirlər. Lakin bəzi məmurların qazi və şəhid ailələrinə etinasız yanaşması narazılıq yaradır.

Milli Məclisin bu gün keçirilən iclasında"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında"  qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41