Şənbə, 18 May

Koronavirusa yoluxduğu üçün atası evdən qovdu - İNTİHAR ETDİ

image

Türkiyənin Adana şəhərində meşəlik ərazidə cəsəd tapılıb. 

Xəbər verilir ki, polislər cəsədi tibbi ekspertizaya göndəriblər. Məlum olub ki, cəsəd 26 yaşlı Akan Çiftçiyə  məxsusdur. Mərhumun ailəsinə məlumat verilib. Hadisə yerinə gələn oğlanın atası Osman Çiftçi bildirib ki, oğlu koronavirusa  yoluxubmuş. Bundan sonra atanı nəzarət alıblar. O, ilkin açıqlamasında oğlunu virusa yoluxduğu üçün evdən qovduğunu dilə gətirib:

"67 min TL borcu var idi. Hər gün içib evə  gəlirdi. Bir gün gəlib dedi ki,  koronaya yoluxmuşam.  Evdən qovdum ki, get özün-özünü müalicə et". 

Ata daha sonra sərbəst buraxılıb. Polislər cəsədin tapıldığı ərazidən silah aşkar ediblər. Məlum olub ki, gənc oğlan intihar edib. 

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41