Cümə, 17 May

Bakıda hamilə qadın təcili yardım maşınında öldü - YENİLƏNİB

image

Kliniki Tibbi Mərkəzdən (KTM) 20 yaşlı hamilə qadının ölümü ilə bağlı açıqlama verib.

KTM-dən bildirilib ki, hamilə qadın Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan “Kliniki Tibbi Mərkəz”ə gətirilərkən təcili tibbi yardım maşınında dünyasını dəyişib.

12:50

Bakıda hamilə qadın ölüb.

Məlumata görə, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Onu orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb. 

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58