Şənbə, 18 May

Metroda nasazlıq, sərnişinlər qatardan düşürüldü

image

Bakı metrosunda qatarın hərəkətində problem yaranıb.

Xəbər verilir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib. O qeyd edib ki, hadisə "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda baş verib.

"Nəticədə qatara texniki baxış keçirilməsi üçün zərurət yaranıb. "Nəriman Nərimanov" stansiyasında sərnişinlər düşürülüb və qatar ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib. Əvəzinə xəttə yeni qatar verilib. Bir dəqiqəlik yubanma olub", - deyə qurum rəsmisi bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41