Bazar ertəsi, 06 May

Erməni terrorçu Rusiyanı səfirliyi partladacaqları ilə hədələdi - FOTO

image

Ümumerməni “Sasna Çrer” Partiyasının üzvü Vahagn Avagyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu Rusiya tərəfindən Azərbaycana təhvil verildiyi təqdirdə Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.

Xəbər verilir ki, V.Avagyana görə, “Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.

Ümumiyyətlə, Ermənistanda terrorçuların nəinki sərbəst dolaşdığını, hətta az qala “milli qəhrəman” adına layiq görüldüyünü nəzərə alaraq Rusiya hökuməti “strateji müttəfiq”ləri tərəfindən gələn bu kimi siqnallara ciddi yanaşmalıdır.

Xatırladaq ki, “Sasna Tsrer” 2016-cı ildə İrəvanda girov götürməklə yadda qalan terror təşkilatıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15