Cümə, 17 May

Daha bir general  İŞDƏN ÇIXARILDI - DİN-dən səbəbi də açıqlanıb - FOTO

image

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41