Bazar ertəsi, 20 May

11 yaşında ana olan uşaq dövlət müəssisəsinə verilə bilər

image

"İmişlidə atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı hadisəyə həmin dəqiqə reaksiya verdik".

Xəbər verilir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

Onun sözlərinə görə, azyaşlı tibbi xidmətlərlə təmin olunub: "Bizim də əsas işimiz o oldu ki, ailədə başqa uşaq varsa, onlarla işi qurmaq lazımdır. Təcili icra hakimiyyəti ilə əlaqə qurduq. Məlum oldu ki, qızın bir qardaşı da var. Təcili psixoloq göndərildi. Sosial Xidmətlər Agentliyi ilə birgə ailə ilə işimizi qurandan sonra Mərkəzə yerləşdirildi. Hazırda qızımız o mərkəzdədir. İşi davam etdiririk".

Komitə rəsmisi əlavə edib ki, azyaşlının əməliyyatdan əvvəl vəziyyəti çox pis idi və ancaq anasını istəyirdi:

"Biz də məcbur olduq ki, ananı İmişlidən gətizdirək. Hazırda ana və qardaşı ilə birgə sığınacaqda qalır. Ananın günahkar olub-olmaması istintaq zamanı məlum olacaq. Əgər ananın günahı təsdiqlənərsə, uşaqlar dövlət müəssisəsinə yerləşdiriləcək. Əks halda isə anaya veriləcək".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41