Şənbə, 18 May

Məşhur serialın rejissoru təsdiqlədi: Ardı çəkiləcək

image

Cənubi koreyalı rejissor Hvan Don Xök “Squid Game” serialının davamını çəkəcəyini təsdiqləyib.

Xəbər verilir ki, O, “Associated Press” agentliyinə müsahibəsində tamaşaçılardan gələn tələb üzərinə başqa yolunun olmadığını bildirib.

Rejissor ikinci mövsümün ideyasının artıq başında olduğunu və hazırda çəkilişləri planlaşdırdığını bəyan edib. Onun sözlərinə görə, “Squid Game 2”-nin süjeti baş qəhrəman Son Qi Hunla bağlı olacaq.

“O, qayıdaraq dünya üçün nə isə edəcək”, - deyə Hvan vurğulayıb.

Qeyd edək ki, “Squid Game” “Netflix” platformasının ən populyar seriallarından biri kimi tarixə düşüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41