Bazar, 19 May

Koçaryan Paşinyanı hakimiyyətdən qovacağı ilə HƏDƏLƏDİ

image

Ölkənin, Qarabağın başına gələnlər iqtidarın, bir siyasi qrupun mərhəməti ilə baş verib. Onlar hakimiyyətə gələrək kəskin iqtisadi artım vəd edirdilər. Bizdə isə qiymətlər kəskin artır”

Xəbər verilir ki, bu sözləri dünən İrəvanda keçirilən mitinqdə “Ermənistan” blokunun rəhbəri, keçmiş prezident Robert Koçaryan deyib.

Keçmiş prezident Ermənistanın hazırkı iqtidarını hakimiyyətdən qovacaqları ilə hədələyib:

“İnhisarçılara və oliqarxlara qarşı barışmaz mübarizə vəd edirdilər. Yeni inhisarların, yeni oliqarxiyaların formalaşması ilə qarşılaşdıq. Rifah, sərmayələr vəd etdilər, sürətlə artan yoxsulluqla üzləşdik. İmiqrasiyaya söz verdilər, dünyanın hər yerindən ermənilərin Ermənistana gələcəyini dedilər. Əhalinin xaricə axınında böyük artım oldu. Korrupsiyaya, quldurluğa qarşı mübarizə aparacaqlarına söz vermişdilər, bu gün onla talançılığın başçılarıdır. Onlar sizin cibinizdədir, inflyasiyadan, koronavirusdan, ölümdən, xəstələrdən varlanırlar. Biz bütün bunlara dözməyə hazırıqmı, etiraf etməyə hazırıqmı ki, Ermənistanda yalnız qiymətlər, qurbanların sayı, ölənlərin sayı, məzarların sayı, yoxsulluq artır. Bunu qəbul edə bilmərik. Bu, reallıqdır və bütün bunlara qarşı mübarizə aparmağa gəlmişik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41