Cümə axşamı, 16 May

Paşinyan Zəngəzur dəhlizindən danışdı: “Ermənistandan keçən hissəsini biz çəkək”

image

“Üçtərəfli bəyanatda qeyd olunur ki, sərhədlərdə gömrük, pasport və fitosanitar keçid məntəqələri olmalıdır".

Xəbər verilir ki, bunu Ermənistanın “İctimai” televiziyasına müsahibəsində ölkənin baş naziri Nikol Paşinyan deyib. 

O bildirib ki, həm mövcud yollarda, həm də çəkiləcək magistrallarda kommunikasiyanın açılması məsələləri müzakirə olunub:

“Üçtərəfli işçi qrup İcevan-Qazax, Horadiz-Yerasx (Arazdəyən), Horadiz-Mehri-Ordubad-Yerasx (Arazdəyən) məntəqələri üzrə bütün mümkün marşrutları qeyd edib. Bizim yanaşmamız belədir ki, Yerasx (Arazdəyən)-Ordubad-Mehri dəmir yolu xəttinin Ermənistan ərazisindən keçən hissəsini biz, Azərbaycan ərazisindən keçən hissəsini isə Azərbaycan çəksin. 2021-ci ilin 11 yanvar tarixində Rusiya baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə təsdiqlənən üçtərəfli bəyanatda qeyd olunur ki, sərhədlərdə gömrük, pasport və fitosanitar keçid məntəqələri olmalıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00