Cümə, 17 May

Bir il ərzində Şuşada tapılan ermənilərin atıb qaçdığı silah-sursatların sayı AÇIQLANDI - FOTO

image

Erməni hərbi birləşmələrinin Şuşa şəhəri ərazisində atıb qaçmağa məcbur olduğu silah sursatlardan təmizlənməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görülür.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib. Polis əməkdaşları şəhər ərazisindən və ətraf kəndlərdən beş mina, 31 avtomat, dörd pulemyot, altı qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Bundan başqa Şuşa Rayon Polis Şöbəsinin Daşaltı kəndində keçirdiyi tədbirlər nəticəsində çəkisi 1 ton 600 kiloqramdan artıq olan 2 437 ədəd çətənə bitkisi məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41