Cümə, 17 May

Ermənistanda pizzadan zəhərlənənlərin sayı 170 nəfəri ötüb

image

Ermənistanın paytaxtı İrəvanda qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 171 nəfərə çatıb.

Xəbər verilir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 99 xəstə stasionar müalicə alır. Zərərçəkənlərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Müraciət edən 72 yerli sakin isə artıq evə buraxılıb

Zəhərlənənlərin hamısının İrəvanın mərkəzində Şimal prospektində və Xancyan küçəsində yerləşən “Taşır Pizza” iaşə məntəqələrinə baş çəkdiyi qeyd edilib. Artıq bütün “Taşir Pizza” müəssisələri yoxlama üçün bağlanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41