Bazar, 19 May

“Allaha “çerez” Ərəbistan inanmıram” - Yazardan qalmaqallı açıqlama

image

"Ateistlərə həsəd aparıram"

Xəbər verilir ki, bu sözləri tanınmış yazıçı Aysel Aydın Əlizadə öz sosial şəbəkə hesabında paylaşıb. Paylaşımı sizə təqdim edirik:

"Özümü ateist olacaq qədər güclü saymıram, nə yalan deyim. Ateistlərə həsəd aparıram. Tək olmurlarmı, çarəsiz qalmırlarmı, kimdən umurlar, kimə ümid edirlər? Yalnız özlərinəmi? Yox, bu qədər güclü deyiləm. Tanrının varlığına inanıram. Bütün yaradıcılığımda tanrı var. Oxuyanlar bilir. Dalaşdığımız vaxtlar da olub. Olub. Demişəm, əgər bir işə yaramayacaqdısa, mutlu etməyəcəkdisə bunca üstünlüyü niyə verirdin? Verdiklərinin fərqindəyəm… Sağ ol da deyirəm.

Sonra barışırıq. Hiss edirəm ki, bir-birimizə lazımıq. Amması var… Ona “çerez” Ərəbistan inanmağa gərək duymuram. Fikirləşirəm ki, Ərəbistanın əli yağlı olsa öz başına çəkərdi. Ona “çerez” həyat inanıram. Bəlkə də başqa əlac yoxdu".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41