Bazar, 19 May

Xavi “Barselona”nın baş məşqçisi oldu

image

İspaniyalı mütəxəssis Xavi "Barselona" klubunun baş məşqçisi təyin olunub.

Xəbər verilir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.

2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub. Onun "Əl Sədd"lə 2023-cü ilədək müqaviləsi var.

Daha əvvəl mətbuatda "Əl Sədd" rəhbərliyinin Xavi Ernandesi buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi yazılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41