Cümə, 17 May

Eldar Həsənovun məhkəməsi yenə baş tutmayıb – “Atamı xərəkdə təcridxanaya qaytardılar”

image

"Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə 1 saat gec başladı. Onu hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər. Şahid ifadələri dinlənilməliydi, amma atamın vəziyyəti daha da ağırlaşdı və yenə onu xərəkdə təcridxanaya qaytardılar".

Xəbər verilir ki, bunu keçmiş səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova "Facebook" səhifəsində yazıb.

O bildirib ki, atası yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsindən əziyyət çəkir: "Onun müayinə sənədlərini Türkiyədə atamı müalicə etmiş həkimlərə göstəririk, şoka düşürlər. Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58