Şənbə, 18 May

Təhlükə Yerdən yan keçdi: Yenidən təkrarlansa... – NASA-dan xəbərdarlıq

image

Asteroid təhlükəsinin artması səbəbindən elm adamları çətin dönəmdən keçirlər.

Xəbər verilir ki, bu yaxınlarda bir asteroid Yer kürəsindən yan keçsə də, elm adamları planetimizə yeni göy cisimlərinin çırpılacağından ehtiyat edirlər.

ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) son aylarda asteroid təhlükəsinin keçmişə nisbətən çox daha ciddi ölçüyə çatdığını bildirərək, ehtiyat tədbiri olaraq kosmosa araşdırma üçün yeni kosmik gəmi göndərib. Ötən ay Yerə yaxınlaşan asteroid də son anlarda aşkarlanmışdı. Çox keçmədən eyni hal yenidən təkrarlandı. Oktyabrın 24-də başqa bir asteroid Yerdən cəmi 3000 kilometr aralıdan keçmişdi. Asteroid Yerlə toqquşmasa da, yenilərinin bunu edəcəyindən qorxurlar.

Mütəxəssislər asteroidin gündüz saatlarında Yer kürəsinin yaxınlığından keçdiyi üçün görmədiklərini iddia ediblər. Meteorit Yerin orbitini tərk etdikdən cəmi dörd saat sonra aşkar olunub. Hələlik kiçik asteroidin heç bir təhlükə yaratmadığı bildirilir, amma daha böyük asteroidlər dünyaya çırpılacağı təqdirdə vəziyyət tamam başqa hal ala bilər.

NASA-nın elm adamları meteoritlə bağlı dünyanın qorxması lazım olan məlumatları da verib. Yeri və bəşəriyyəti təhdid edə biləcək meteorit ən azı 140 metr ölçüdə olmalıdır. Belə bir meteorit düşdüyü yerdə ciddi problem yarada bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41