Cümə, 17 May

Gürcüstan prezidenti Saakaşvilini əfv etməyəcək

image

Gürcüstan prezidenti Salome Zurabişvili həbsdə olan sabiq dövlət başçısı Mixeil Saakaşvilini əfv etmək niyyətində deyil. 

Xəbər verilir ki, bu barədə Zurabişvili brifinqdə deyib. Onun sözlərinə görə, Saakaşvili ilə bağlı mövqeyi qəti və dəyişməzdir. 

Zurabişvili əlavə edib ki, sabiq prezident Gürcüstana qanunsuz yolla gəlib və məqsədi qeyri-sabitlik yaratmaq olub: “Mənim onun əfv edilməsi ilə bağlı mövqeyim dəyişməyib, bu məsələyə bir daha qayıtmayacağam”. 

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada olan siyasətçi 34-cü gündür ki, aclıq aksiyası keçirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41