Bazar, 19 May

Ata 9 yaşlı qızını 55 yaşındakı bir kişiyə evlilik məqsədilə satıb

image

Əfqanıstanda ata yemək tapmadığı üçün 9 yaşlı qızını 55 yaşındakı bir kişiyə evlilik məqsədilə satıb.

Xəbər verilir ki, 55 yaşlı kişiyə evlilik məqsədilə satılan Pərvanə Malikinin görüntüləri dünyada şok effekti yaradıb.

Pərvanə Malikinin ailəsi 4 ildir ki, Badgs əyalətində düşərgədə yaşayır.

Beynəlxalq humanitar yardımların çatmadığı Əfqanıstanda insan böhranı davam edir. Bir neçə ay əvvəl 12 yaşındakı qızını evlilik üçün satan Əbdül Malik bu dəfə 9 yaşındakı qızı Pərvanəni "CNN İnternational" kanalının kamerları önündə satıb.

8 nəfərlik ailənin ölməməsi üçün qızını satmaq məcburiyyətində qaldığını söyləyən Əbdül Malik 9 yaşlı Pərvanəni 2 min 200 dollara satdıqdan sonra tarla və qoyun alıb.

Hazırda bir xanımı olduğunu bildirən Qurban isə deyib ki, Pərvanə ucuzdur və atası da çox yoxsuldur: “Pula ehtiyacı vardı, Pərvanə evimdə işləyəcək, onu döyməyəcəyəm”.

Ata Əbdül Malik isə qızını satdığı Qurbana “O, sənin gəlinindir, lütfən ona yaxşı bax, indi sənin məsuliyyətindədir. Xahiş edirəm onu döymə” deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41